BAKI, 9 iyul. TELEQRAF
“Bir müdafiəçi üçün “dubl” etmək hər zaman gözlənilən olmur. Çünki müdafiəçinin ilk funksiyası yaxşı müdafiə olunmaqdır. Amma vurduğum qolların komandama faydalı olması mənə çox xoşdur.
Bunu Teleqraf-a açıqlamasında “Zirə”nin braziliyalı futbolçusu Ruan Renato deyib.
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo”nu (Gürcüstan) 3:0 hesabı ilə məğlub etdikləri oyunda “dubl” etməsi ilə bağlı danışan 32 yaşlı müdafiəçi bildirib:
“Yaxşı ki, səfər oyunundan öncə üstünlük qazandıq. Bunda komanda yoldaşlarımın da əməyi oldu. Çünki oyun ərzində yaxşı temp və intensivlik nümayiş etdirə bildik.
Gözlədiyimiz kimi, çətin oyun oldu. Qarşılaşma ərzində yaratdığımız qol fürsətlərindən yaxşı istifadə etdik. Burada qazandığımız nəticə cavab matçına köklənməkdə müəyyən əhəmiyyət kəsb edəcək.
Komandada əksəriyyət istirahətə yollanmışdı. Bizə qəfil deyildi ki, avrokuboklarda iştirak etmək ehtimalı var. Məşqçi heyətimizin verdiyi proqram hesabına istirahət zamanı da toparlana bildik, müəyyən məşqləri etdik”.
Ətraflı videoda: