BAKI, 8 iyul. TELEQRAF
“Hələ heç nə həll olmayıb. Qarşıda Gürcüstan səfəri var. Yaxşı azarkeşlər və meydança bizi gözləyir. Məncə, onlar cavab oyununa fərqli hazırlaşacaqlar və bizi orada gözləyəcəklər”.
Bunu Teleqraf-a açıqlamasında “Zirə”nin qapıçısı Aydın Bayramov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Bakıda Gürcüstanın “Torpedo” komandasını 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Qolkiper qələbə barədə təəssüratlarını belə ifadə edib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Düzdür, vaxtımız çox az idi. Avrokuboklara gedişimiz ani oldu. Çalışdıq ki, “Torpedo”ya qarşı yaxşı oynayaq. Birinci qarşılaşmada yaxşı oyun sərgilədik.
Havanın küləkli olması və oyunun təzyiqi işimizi çətinləşdirirdi. Şükür ki, yaxşı nəticə qazandıq”.
Ətraflı videoda: