BAKI, 8 iyul. TELEQRAF
“Zirə”-“Torpedo” görüşündə 3-cü qol qeydə alınıb.
Teleqraf xəbər verir ki, “Zirə” fərqi 3-ə çatdırıb.
Komandanın heyətində Ruan Renato penalti zərbəsini dəqiq yerinə yetirib. O, 64-cü dəqiqədə dubla imza atıb.
***
21:02
“Zirə”-“Torpedo” görüşündə ikinci qol qeydə alınıb.
Teleqraf xəbər verir ki, “Zirə” fərqi artırıb - 2:0.
“Qartallar”ın heyətində David Volkov 48-ci dəqiqədə fərqlənib.
***
21:00
“Zirə”-“Torpedo” görüşündə ikinci hissə başladı.
Teleqraf xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada “qartallar” öndədir -1:0.
***
20:46
”Zirə”-“Torpedo” görüşündə ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, ilk hissə “Zirə”nin üstünlüyü ilə yekunlaşıb.
***
21:32
Sumqayıtda keçirilən görüşdə hesab açılıb.
Teleqraf xəbər verir ki, “Zirə”nin futbolçusu Ruan Renato 32-ci dəqiqədə fərqlənib.
Matçda hesab ev sahiblərinin xeyrinədir - 1:0.
***
20:00
“Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsində mübarizəyə start verib.
Teleqraf xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi “Torpedo” ilə üz-üzə gəlir.
Matça Bakı vaxtilə 20:00-da start verilib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 16-sı Kutaisidə baş tutacaq.