BAKI, 8 iyul. TELEQRAF

“Kəpəz”də ayrılıq baş verib.

Teleqraf xəbər verir ki, Gəncə təmsilçisi Ehtiram Şahverdiyevlə yollarını ayırıb.

29 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, Ehtiram Şahverdiyev ötən mövsüm “Kəpəz”in heyətində 32 oyuna çıxıb və 1 qol vurub.