BAKI, 8 iyul. TELEQRAF

Xorvatiya millisində baş məşqçi ayrılığı rəsmiləşib.

Teleqraf xəbər verir ki, Zlatko Daliç yığmanın baş məşqçisi postundan istefa verib.

59 yaşlı mütəxəssis 2017-ci ildən Xorvatiya millisini çalışdırırdı. Onun rəhbərliyi altında yığma 2018-ci il dünya çempionatında finala yüksələrək gümüş medal qazanmışdı.

Qeyd edək ki, Xorvatiya DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.