BAKI, 8 iyul. TELEQRAF

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf xəbər verir ki, bölgə təmsilçisi Bəxtiyar Həsənalızadəni transfer edib.

29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında çıxış edib. O, son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.