BAKI, 8 iyul. TELEQRAF
2026-cı il dünya çempionatının ilk 1/4 final oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Teleqraf xəbər verir ki, Fransa və Mərakeş milliləri arasında keçiriləcək qarşılaşma argentinalı Fakundo Telloya tapşırılıb. Ona həmyerlilərindən ibarət hakimlər briqadası kömək edəcək.
Bu oyun iyulun 9-da Bostonda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə iyulun 10-da saat 00:00-da başlayacaq.
İspaniya və Belçika yığmaları arasında baş tutacaq digər 1/4 final matçını isə ingiltərəli Maykl Oliver idarə edəcək.
Görüş iyulun 10-da Los-Ancelesdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.