BAKI, 8 iyul. TELEQRAF

2026/27 mövsümündə Premyer Liqanın açılış turunun diqqətçəkən oyunlarından biri “Fulhem” və “Çelsi” arasında keçiriləcək.

Teleqraf xəbər verir ki, avqustun 24-də baş tutacaq London derbisi hər iki komandanın ispaniyalı baş məşqçisi üçün Premyer Liqada debüt matçı olacaq.

“Fulhem” iyulun 7-də Alvaro Arbeloanın baş məşqçi təyin olunduğunu açıqlayıb. 43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

“Çelsi”ni isə yeni mövsümdən Xabi Alonso çalışdıracaq. Arbeloa ötən mövsüm “Real Madrid”də məhz Xabi Alonsonu əvəzləmişdi.

Qeyd edək ki, Alonso 2024/25 - 2025/26, Arbeloa isə 2025/26 mövsümündə "Real Madrid"i çalışdırıb.