“Rəqib yaxşı kollektivdir”.
Qismət Alıyev Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo” ilə oyun öncəsi keçirilən mətbuat konfransında hava şəraiti barədə danışıb.
O, yüksək temperaturun komandaya ciddi çətinlik yaratmayacağını bildirib:
“Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Bizdə oyun öncəsi hazırlıq prosesində də üç gündən bir matçlar olur. Pis hava şəraitində də oynamışıq. Komanda hər oyuna hazır olur. Düşünmürəm ki, isti hava bizim üçün problem yaratsın”.