BAKI, 7 iyul. TELEQRAF
“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”yə qarşı keçirəcəyi oyuna bilet satışı davam edir.
Teleqraf xəbər verir ki, qarşılaşma üçün indiyədək 16 350 bilet satılıb.
Standart biletlərin qiyməti 5, 10, 15 və 20 manatdır.
Qeyd edək ki, “Qarabağ” – “Vestri” matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.