BAKI, 7 iyul. TELEQRAF

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün püşkatma mərasiminin tarixi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Tədbir iyulun 17-də, saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.