BAKI, 7 iyul. TELEQRAF
Belçika millisi DÇ-2026-nın 1/8 finalında ABŞ üzərində qazanılan 4:1 hesablı qələbədən sonra paylaşım edib.
Teleqraf xəbər verir ki, komandanın rəsmi sosial media hesabında istehzalı paylaşım yayımlanıb.
Paylaşımda Romelu Lukakunun ABŞ-a qarşı oyunda vurduğu qoldan sonra çəkilən fotosu yer alıb. Belçika millisi həmin fotoya “Bunu da ləğv edin” sözlərini yazıb.
Xatırladaq ki, Belçika ilə matçdan əvvəl ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzası dayandırılmışdı. FİFA İntizam Komitəsinin bu qərarı ciddi müzakirələrə səbəb olmuşdu.
ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı FİFA prezidenti Canni İnfantinoya şəxsən zəng etdiyini deməsi isə narazılığı daha da artırmışdı.