BAKI, 7 iyul. TELEQRAF

İspaniya millisi 2026-cı il dünya çempionatının 1/8 finalında Portuqaliyaya qalib gəlib.

Teleqraf xəbər verir ki, Arlinqtonda keçirilən qarşılaşma ispanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra İspaniya millisinin məğlubiyyətsiz oyunlar seriyası 35-ə çatıb. Komanda bu müddətdə 26 qələbə qazanıb, 9 dəfə heç-heçə edib.

Bu, İspaniya millisinin 2009-cu ildən bəri ən yaxşı göstəricisidir.

İspaniya dünya futbolundakı mütləq rekorda çatmaq üçün daha iki oyunda məğlub olmamalıdır. Rekord İtaliya millisinə məxsusdur.

Qeyd edək ki, İspaniya DÇ-2026-nın 1/4 finalında Belçika ilə qarşılaşacaq. Komanda bu oyunda uduzmasa, Argentinanın 2019-2022-ci illərdəki 36 oyunluq məğlubiyyətsiz seriyasına çatacaq.