BAKI, 7 iyul. TELEQRAF
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu dünya çempionatları tarixində antirekordla yadda qalıb.
Teleqraf xəbər verir ki, buna Portuqaliyanın DÇ-2026-nın 1/8 finalında İspaniyaya məğlub olması səbəb olub.
Bu, Ronaldunun dünya çempionatlarında aldığı 8-ci məğlubiyyətdir.
Daha əvvəl koreyalılar Hon Men Bo və Son Hın Min, meksikalı Antonio Karvaxal, həmçinin avstraliyalı Metyu Leki də mundiallarda 8 dəfə uduzub.
Qeyd edək ki, Ronaldu son dünya çempionatında 3 qol vurub.