BAKI, 7 iyul. TELEQRAF
“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benzia “Əl-Feyha”dan ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubu məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib. Bu səbəbdən əlcəzairli futbolçu komanda ilə yollarını ayırıb.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayınadək “Qarabağ”ın formasını geyinib.