"Kəpəz" futbolçu Luis Paçu ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Luis Paçu ötən mövsüm "Kəpəz"də 29 oyun keçirib və 5 qola imza atıb.