Futbol üzrə 2026-cı il dünya çempionatında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Teleqraf xəbər verir ki, iyulun 7-də pley-offun son iki qarşılaşması keçiriləcək.
Günün ilk oyununda Argentina millisi Misirlə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Digər matçda isə İsveçrə və Kolumbiya yığmaları qarşılaşacaq. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.
Bu oyunlardan sonra mundialın 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşəcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirə ev sahibliyi edən hər üç ölkə artıq mübarizəni dayandırıb. ABŞ millisi 1/8 finalda Belçikaya 1:4 hesabı ilə uduzaraq mundialla vidalaşıb.