BAKI, 7 iyul. TELEQRAF

Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah” bu gün ilk oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, “bayquşlar” Uelsin TNS klubu ilə qarşılaşacaq.

Görüş Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək.

Cavab qarşılaşması iyulun 14-də Uelsdə baş tutacaq.