BAKI, 7 iyul. TELEQRAF
Belçika millisi futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində ABŞ yığmasını 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Belçika komandasının qollarını Şarl de Ketelare (9 və 33-cü dəqiqələr), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) vurublar.
ABŞ millisinin yeganə qoluna isə Malik Tillman imza atıb.
Qarşılaşmaya ABŞ yığmasının start heyətində çıxan Folarin Baloqun əvvəlki oyunda qırmızı vərəqə aldığı üçün diskvalifikasiya olunmalı idi. Lakin FİFA-nın İntizam Komitəsi onun cəzasını müvəqqəti dayandırdığı üçün futbolçu Belçikaya qarşı matçda iştirak edib.
Belçika millisi 1/4 finalda İspaniya yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 10-da keçiriləcək.
Qeyd edək ki, Belçika yığması tarixində dördüncü dəfə dünya çempionatının 1/4 final mərhələsinə yüksəlir. Komanda 1986-cı ildə dördüncü yeri tutub, 2018-ci ildə isə bürünc medal qazanıb. ABŞ millisi isə 2002-ci ildən sonra ilk dəfə mundialın 1/4 finalına yüksəlmək şansını əldən verib.
***
05:21
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində ABŞ - Belçika oyunu keçirilir.
Teleqraf xəbər verir ki, matçın 57-ci dəqiqəsində Belçika millisi hesab arasındakı fərqi rtırıb 3-1.
***
05:10
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində ABŞ - Belçika oyunu keçirilir.
Teleqraf xəbər verir ki, matçın ikinci hissə başlayıb.
Oyun Belçikanın 2-1 hesablı üstünlüyü ilə davam edir.
***
04:52
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində ABŞ - Belçika oyunu keçirilir.
Teleqraf xəbər verir ki, matçın ilk hissəsi Belçikanın 2-1 hesablı üstünlüyü ilə yekunlaşıb.
***
04:34
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində ABŞ - Belçika oyunu keçirilir.
Teleqraf xəbər verir ki, matçın 33-cü dəqiqəsində Belçika millisi hesabda yenidən önə keçib 2-1.
***
04:32
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində ABŞ - Belçika oyunu keçirilir.
Teleqraf xəbər verir ki, matçın 31-ci dəqiqəsində ABŞ millisi hesabı bərabərləşdirib 1-1.
***
04:10
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində ABŞ - Belçika oyunu keçirilir.
Teleqraf xəbər verir ki, matçın 9-cu dəqiqəsində Belçkia millisi hesabı açıb.
***
04:00
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində ABŞ - Belçika oyunu keçirilir.
Teleqraf xəbər verir ki, matç Bakı vaxtilə saat 04:00-da başlayacaq.
Qeyd edək ki, bu cütlüyün qalibinin növbəti mərhələdəki rəqibi İspaniya millisi olacaq.