BAKI, 7 iyul. TELEQRAF
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının 1/8 finalında İspaniyaya qarşı oyuna start heyətində çıxmaqla növbəti rekorda imza atıb.
Teleqraf “Opta”ya istinadən xəbər verir ki, 41 yaşlı futbolçu mundiallar tarixində 25-ci dəfə start heyətində meydana çıxıb.
Bununla da o, bu göstəricidə təkbaşına ikinci pilləyə yüksəlib. Rekord 27 startla Argentina millisinin kapitanı Lionel Messiyə məxsusdur.
İlk üçlüyü isə 23 startla İtaliya millisinin əfsanəvi müdafiəçisi Paolo Maldini tamamlayır.