BAKI, 6 iyul. TELEQRAF
Fransa təmsilçisi "Monako" yeni baş məşqçisinin adını açıqlayıb.
Teleqraf xəbər verir ki, Liqa 1 klubu komandanı braziliyalı mütəxəssis Filipe Luisə həvalə edib.
Klubun yaydığı məlumata görə, tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Filipe Luis məşqçilik karyerasında son olaraq Braziliyanın "Flamenqo" klubunu çalışdırıb.