BAKI, 6 iyul. TELEQRAF
“Sabahkı oyuna tam hazırıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın oyunçusu Velko Simic UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uels təmsilçisi TNS-lə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Futbolçu görüşə yaxşı motivasiyada hazırlaşdıqlarını qeyd edib:
“Yaxşı toplanış keçirdik. Öz ideyalarımız var. Bunları həyata keçirsək, inanmıram ki, böyükhesablı məğlubiyyət baş versin”.
Qeyd edək ki, “Sabah” – TNS oyunu iyulun 7-də saat 20:00-da baş tutacaq.