BAKI, 17 iyun. TELEQRAF
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin bütün cütləri bəlli olub.
Teleqraf xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.
Türkiyə Superliqası təmsilçisi “Fənərbağça” bu mərhələdə Polşanın “Qornik” (Zabje) klubu ilə qarşılaşacaq.
II təsnifat mərhələsinin bütün cütləri aşağıdakılardır:
-“Sabah” (Azərbaycan) / TNS (Uels) cütünün qalibi – “Vardar” (Şimali Makedoniya) / KuPS (Finlandiya) cütünün qalibi
- “Fənərbağça” (Türkiyə) – “Qornik” (Zabje, Polşa)
- “Klaksvik” (Farer adaları) / “Atibert Bissen” (Lüksemburq) cütünün qalibi – “Jalqiris” (Kaunas, Litva) / “Drita” (Kosovo) cütünün qalibi
* AGF (Orhus, Danimarka) – “Lex” (Poznan, Polşa)
-“Tre Fori” (San-Marino) / “Srvena Zvezda” (Serbiya) cütünün qalibi – “Larn” (Şimali İrlandiya)
-“Mellyubi” (İsveç) – “Linkoln Red İmps” (Cəbəllütariq) / “İnter Eskaldes” (Andorra) cütünün qalibi
- “Ararat-Armeniya” (Ermənistan) / “Riqa” (Latviya) cütünün qalibi – “Floriana” (Malta) / “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
- “Omoniya” (Kipr) – 11-ci cütün qalibi
- “Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya)
- 10-cu cütün qalibi – “Hapoel Beer-Şeva” (İsrail)
- 13-cü cütün qalibi – “Slovan” (Bratislava, Slovakiya)
- 14-cü cütün qalibi – “Tsele” (Sloveniya)
- “Şturm” (Qrats, Avstriya) – “Harts” (Şotlandiya)
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə iyulun 28-29-da keçiriləcək.