BAKI, 17 iyun. TELEQRAF

Futbol üzrə dünya çempionatının J qrupunda Avstriya və İordaniya milliləri üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, San-Fransisko Bay Area stadionunda keçirilən qarşılaşma Avstriyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşü Mavritaniyadan olan FIFA referisi Dahan Beyda idarə edib.

Hesabı 20-ci dəqiqədə Romano Şmid açıb. İordaniya yığmasının heyətində Ali Olvan 50-ci dəqiqədə fərqlənərək tarazlığı bərpa edib – 1:1. Avstriya 76-cı dəqiqədə Yazan Al Arabın avtoqolu ilə yenidən önə keçib. Yekun hesabı isə Marko Arnautoviç 90+12-ci dəqiqədə penaltidən vurduğu qolla müəyyənləşdirib.

08:24

***

Futbol üzrə dünya çempionatının J qrupunda yer alan Avstriya və İordaniya milliləri qarşılaşır.

Teleqraf xəbər verir ki, oyunun 21-ci dəqiqəsində Avstriya millisi hesabı açıb.

08:00

***

Futbol üzrə dünya çempionatının J qrupunda yer alan Avstriya və İordaniya milliləri arasındakı oyun başlayıb.

Teleqraf xəbər verir ki, matç Bakı vaxtı ilə 08:00-da start götürüb.

Qeyd edək ki, bu qrupda Argentina və Əlcəzair komandaları da yer alır. Bu gün keçirilən oyunda Argentinə Əlcəzair üzərində 3-0 hesablı qələbə qazanıb.