BAKI, 17 iyun. TELEQRAF
Dünya Kubokunda I qrupun İraq-Norveç oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, oyunun son dəqiqəsində Norveç millisi növbəti topu İraq millisinin qapısından keçirib. 4-1 hesabı ilə qalib gələn Norveç millisi qrupda liderliyə yüksəlib.
Qeyd edək ki, qrupun digər oyununda Fransa Seneqalı 3-1 hesabı ilə məğlub edib.
03:40
***
Dünya Kubokunda I qrupunun İraq və Norveç oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 76-cı dəqiqəsində Norveç millisi hesab arasındakı fərqi artırıb.
Ümumi hesab 3-1 Norveç millisinin xeyrinədir.
02:45
***
Dünya Kubokunda I qrupunun İraq və Norveç oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 43-cü dəqiqəsində Norveç millisi hesabda növbəti dəfə önə keçib. Bu dəfə də Erlinq Holann fərqlənib.
02:41
***
Dünya Kubokunda I qrupunun İraq və Norveç oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 39-cu dəqiqəsində İraq millisi hesabı bərabərləşdirib
02:30
***
Dünya Kubokunda I qrupunun İraq və Norveç oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 29-cu dəqiqəsində Norveç millisi hesabı açıb. Erlinq Holann komandasını önə keçirib.
02:00
***
2026-cı il FIFA Dünya Kubokunda I qrupunun daha bir oyunu keçirilir.
Teleqraf xəbər verir ki, qrup mərhələsinin ilk turunda İraq və Norveç milliləri üz-üzə gəlir.
Qarşılaşma Bakı vaxtı ilə saat 02:00-da başlayıb.
Qeyd edək ki, I qrupunun digər oyununda Fransa və Seneqal milliləri qarşılaşıb. Matç 3-1 hesabı ilə Fransanın qələbəsi ilə başa çatıb.