BAKI, 16 iyun. TELEQRAF
ABŞ millisinin əsas oyunçusu Kristian Pulişiçin DÇ-2026-da növbəti oyunda iştirakı sual altındadır.
Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Baldır nahiyəsindən zədə alan hücumçu bərpa prosesini davam etdirir. Pulişiç komandanın ümumi məşqində iştirak etməyib və fərdi proqram üzrə çalışıb.
Pulişiçin problemi ötən həftə məşq zamanı başlayıb. O, sol baldırının arxa hissəsindən zərbə alıb. Buna baxmayaraq, ABŞ-ın Paraqvaya 4:1 hesabı ilə qalib gəldiyi DÇ-nin ilk tur matçında meydana çıxıb.
26 yaşlı futbolçu həmin görüşdə Folarin Baloquna məhsuldar ötürmə edib.
Qeyd edək ki, ABŞ millisi Dünya Kubokundakı növbəti oyununu iyunun 19-da Avstraliyaya qarşı keçirəcək. Pulişiçin bu matçda oynayıb-oynamayacağı hələlik qeyri-müəyyəndir.