BAKI, 16 iyun. TELEQRAF

"Zirə" klubu kapitan Qismət Alıyevin müqaviləsinin müddətini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı cinah müdafiəçisi ilə 2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2020-ci ildən "Zirə"də çıxış edir.