BAKI, 16 iyun. TELEQRAF
DÇ-2026-nın ilk 6 günündə vurulan avtoqolların sayı DÇ-2022-nin bütün turnirində qeydə alınan avtoqollardan artıq olub.
Teleqraf xəbər verir ki, bu barədə statistika platforması Squawka məlumat yayıb.
Hazırkı mundialda avtoqol müəllifləri arasında Paraqvay millisinin futbolçusu Damian Bobadilla (Paraqvay - oyunun hesabı 4:1), Qətərli Mirö Muhayim (İsveçrə -1:1) və misirli Məhəmməd Hani (Belçika - 1:1) yer alır.
Dünya çempionatları tarixində bir turnirdə ən çox avtoqol isə 2018-ci ildə qeydə alınıb - 12 avtoqol.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə 11 iyun - 19 iyul tarixlərində keçirilir.