BAKI, 16 iyun. TELEQRAF
Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya dünya çempionatında yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, Portuqaliyanın II liqasında çıxış edən təcrübəli qolkiper turnirdə debüt matçında qapısında qol görməyərək unikal göstəriciyə nail olub.
Matç ərzində 7 qurtarış edən Vozinya oyunun ən yaxşı futbolçusu seçilib. O, bununla da dünya çempionatları tarixində debüt oyununda qapısını toxunulmaz saxlayan ən yaşlı qapıçı kimi yadda qalıb.
Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.