BAKI, 16 iyun. TELEQRAF
Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Teleqraf xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq tədbirdə Ağdam təmsilçisinin ilk rəqibi bəlli olacaq.
“Qarabağ”ın potensial rəqibləri “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya Kluj” (Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya) komandalarıdır.
Həmçinin “Zirə”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi də müəyyənləşəcək.
Səpələnmişlər səbətində yer alan Bakı təmsilçisinin potensial rəqibləri bunlardır:
“Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Konnas Ki Nomads” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter Turku” (Finlandiya), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Dinamo Siti” (Albaniya), “UNA Strassen” (Lüksemburq), “Heqelmann” (Litva), “Peynbont” (Uels), NSİ (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar” (Monteneqro), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Nımme Kalyu” (Estoniya), “Elbasani” (Albaniya), “Kaernarfon Taun” (Uels), “Mondorf-les-Bayns” (Lüksemburq) və “Petrovats” (Monteneqro).
Qeyd edək ki, həm Avropa Liqasında, həm də Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.