BAKI, 16 iyun. TELEQRAF
Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Teleqraf xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.
UEFA-nın mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Masazır təmsilçisinin bu raunddakı potensial rəqibləri “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Vikinqur” (İslandiya), “Larne” (Şimali İrlandiya), KuPS (Finlandiya), “Kayrat” (Qazaxıstan), “Petrokub” (Moldova), “Flora” (Estoniya), “Linkoln” (Cəbəllüttariq), “Universitatya” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Drita” (Kosovo), “Borats” (Bosniya və Herseqovina) və “Riqa”dır (Latviya).
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.