BAKI, 12 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının açılış matçını 80 mindən çox azarkeş izləyib.

Teleqraf Pitch Wire” nəşrinə istinadən xəbər verir ki, Meksika və Cənubi Afrika yığmaları arasında Mexikodakı “Asteka” stadionunda keçirilən qarşılaşmaya 80 824 tamaşaçı gəlib.
Bu, arenanın maksimum tutumuna bərabər olub. Beləliklə, bu göstərici dünya çempionatları tarixində açılış oyunları arasında dördüncü ən yüksək nəticədir.

Daha çox tamaşaçı yalnız 1950-ci ildə Braziliya – Meksika (81 min), 1966-cı ildə İngiltərə – Uruqvay (87 min) və 1970-ci ildə Meksika – SSRİ (107 min) matçlarında qeydə alınıb.