BAKI, 28 oktyabr. TELEQRAF

Avropa birjasında qazın spot qiyməti 2022-ci ilin dekabr ayından bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1180 dolları keçib.

Teleqraf xəbər verir ki, London ICE birjasının məlumatlarına görə, Niderlanddakı TTF mərkəzində noyabr fyuçerslərinin qiyməti də ticarətin pik vaxtında 1000 kubmetr üçün 1160 dollara və ya MVt/saat üçün 100,75 avroya yüksəlib.

Avropada qaz qiymətləri, qarşıdan gələn qış üçün anbarlarda rekord səviyyədə aşağı qaz ehtiyatları və Yaxın Şərqdə davam edən münaqişə fonunda artır.