BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana dərman preparatları ilə bağlı yardım təklif etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri vitse-prezident Cey Di Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə danışıqların bərpası məqsədilə məktub göndərməsi barədə yayılan məlumatlara münasibət bildirib.
“Məsələ ondadır ki, onların dərmanlara və digər yardımlara ehtiyacı var. Vens bu barədə nə düşündüyümü soruşdu. Mən də dedim ki, bunu etmək istəyirsə, edə bilər. Əslində, söhbət xəstə insanlara lazım olan vasitələrin çatdırılmasından gedir”, – Tramp vurğulayıb.
Qeyd edək ki, “The Wall Street Journal” (WSJ) daha əvvəl Vensin Trampın göstərişi ilə İran tərəfinə məktub göndərdiyini yazıb.
Nəşrin məlumatına görə, vitse-prezident Vaşinqton və Tehran arasında yaxın həftələrdə hərbi əməliyyatların yenidən başlanmasının qarşısını ala biləcək ortaq mövqelərin olub-olmadığını müəyyənləşdirməyə çalışıb.
Bununla belə, məktubda konkret sülh təkliflərinin yer almadığı bildirilib.