BAKI, 28 oktyabr. TELEQRAF

ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb.

Teleqraf xəbər verir ki, tənzimləyici qurum dərəcəni 3,75 %-4 % diapazonunda saxlayıb.

Pul-kredit siyasətinin dəyişməz saxlanmasının lehinə 10, əleyhinə isə iki nəfər səs verib.