KƏLBƏCƏR, 29 oktyabr. TELEQRAF
Kəlbəcərdə ölümlə nəticələnən avtoqəza olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza Kəlbəcər-İstisu avtomobil yolunun Kəlbəcər şəhəri ərazisindən keçən hissəsində baş verib. Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev Bilal idarə etdiyi "KİA" markalı avtomobilin yoldan çıxaraq divara çırpılması nəticəsində adıçəkilən sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini, 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.