BAKI, 29 oktyabr. TELEQRAF
Yaponiyanın paytaxtı Tokioya qonşu olan Tiba prefekturasının şimal-şərqində 5,5 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib. Zəlzələ Tokionun şimal-şərq hissəsində də hiss olunub.
Sunami təhlükəsi elan edilməyib. Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, oktyabrın 28-də eyni bölgədə 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.