BAKI, 28 oktyabr. TELEQRAF
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə əlaqədar İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı verib.
Teleqraf xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"İspaniyadakı faciəvi qatar qəzasına görə dərindən kədərləndik.
Baş nazir Pedro Sançesə, qurbanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığımı bildirirəm.
Bütün yaralılara tezliklə sağalmağı arzulayıram", - paylaşımda qeyd olunub.