BAKI, 28 oktyabr. TELEQRAF
İspaniyada 64 nəfərin ölümü ilə nəticələnən dəmir yolu qəzasının səbəbi açıqlanıb.
Teleqraf xəbər verir ki, İspaniyanın nəqliyyat naziri Oskar Puentenin məlumatına görə, qəzaya səbəb kompüter sistemindəki nasazlıq və dispetçer səhvi olub.
Nazir qeyd edib ki, texniki xəta səbəbindən yüksəksürətli qatarların idarəolunmasına cavabdeh olan LZB təhlükəsizlik sistemi sıradan çıxıb:
“Hadisə anında sözügedən ərazidə xətt üzərində dayanan altı qatar olub. Faciə dispetçer mərkəzinin “Renfe” şirkətinə məxsus qatara hərəkət icazəsi verməsindən sonra baş verib və nəticədə həmin qatar “Iryo” şirkətinin dayanan qatarına çırpılıb”.
Xatırladaq ki, oktyabrın 28-i səhər saatlarında Toledo əyalətində Madriddən Sevilyaya gedən “Renfe” şirkətinə məxsus AVE sürət qatarı yolda dayanmış “Iryo” özəl daşıyıcısının qatarına çırpılıb. Qəza nəticəsində bir neçə vaqon relsdən çıxaraq bənddən aşıb, 69 nəfər həlak olub, 180-ə yaxın insan yaralanıb.