BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ və İsrail İrana qarşı yeni hərbi əməliyyat planını razılaşdırıb. Plana əsasən İran şərtləri qəbul etməsə, noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra hücumlar bərpa etdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, bazar ertəsi İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Eyal Zamir mümkün zərbələrdən əvvəl hərəkətləri koordinasiya etmək üçün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə danışıqlar aparıb.
Qeyd olunub ki, Qətərin başçılıq etdiyi regional vasitəçilər İrana yeni zərbələrin qarşısını almaq Tehrana təkliflər təqdim ediblər. Onlar Tehranı aktivlərin bir hissəsinin blokdan çıxarılması və neft ixracında yumşalmalar müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini nüvə obyektlərinə buraxmağa çağırıb. Əks təqdirdə irimiqyaslı bombardmanların yeni dalğası başlaya bilər.