BAKI, 11 iyun. TELEQRAF
2026-cı il futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundial təntənəli mərasimlə start götürüb.
Açılışda təşkilatçı ölkələrin milli mədəniyyətini əks etdirən rəngarəng şou proqramları, musiqi nömrələri və səhnə performansları nümayiş olunub. Stadionda işıq effektləri və atəşfəşanlıq şousu da təşkil edilib.
Mərasim başa çatdıqdan sonra dünya çempionatının ilk qarşılaşmasında Meksika millisi Cənubi Afrika yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, builki mundialda 48 milli komanda iştirak edir. Bu, dünya çempionatları tarixində rekord göstəricidir. 2026-cı il mundialı həm də ilk dəfə üç ölkənin birgə təşkilatçılığı ilə keçirilməsi baxımından tarixə düşəcək.