BAKI, 10 iyun. TELEQRAF
2026-cı il dünya çempionatının D qrupunda keçiriləcək Türkiyə - Avstraliya oyununun hakim təyinatları açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Bildirilib ki, qarşılaşmanı Venesueladan olan hakim Jesus Valenzuela idarə edəcək. Ona həmyerliləri Xorxe Urreqo və Tulio Moreno köməkçi hakim qismində yardım göstərəcəklər.
Matçın VAR hakimi isə Peru Futbol Federasiyasını təmsil edən Maykl Oru olacaq.
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatındakı ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək.