BAKI, 10 iyun. TELEQRAF

"Karvan-Yevlax" futbolçusu Moise Nqvisani ilə vidalaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti başa çatıb və futbolçu komandadan ayrılıb.

Klub yaydığı açıqlamada Moise Nqvisaniyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Nqvisani son mövsümdə "Karvan"ın heyətində çıxış edib.