BAKI, 10 iyun. TELEQRAF

2026-cı il dünya çempionatında ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək Türkiyə millisində zədəli futbolçuların son durumu müəyyənləşib.

Teleqraf xəbər verir ki, yığmanın aparıcı oyunçularından Ferdi Kadıoğlu tam hazır vəziyyətə gəlib. Baş məşqçi Vinçenzo Montellanın Avstraliya ilə görüşdə ona şans verməsi gözlənilir.

Məlumata görə, zədədən əziyyət çəkən Kenan Yıldızın da qısa müddətdə optimal formasını bərpa edəcəyi gözlənilir. İtaliyalı mütəxəssisin gənc futbolçunu ilk tur matçında start heyətində meydana buraxmağı planlaşdırdığı bildirilir.

Qeyd edək ki, Türkiyə millisi dünya çempionatının qrup mərhələsində Avstraliya, ABŞ və Paraqvay yığmaları ilə mübarizə aparacaq. İlk qarşılaşma Bakı vaxtı ilə iyunun 14-də saat 08:00-da start götürəcək.