BAKI, 10 iyun. TELEQRAF

"Qəbələ" ilə Adriel Ba Loua arasında bağlanmış müqavilə başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti mılumat yayıb.

2025-ci ilin yayından komandamızda çıxış edən kot divuarlı yarımmüdaiəçi bu müddətdə 35 oyunda 4 qol vurub.

O, Premyer Liqada 30 (4 qol), pley-offda 1, ölkə kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 məhsuldar ötürməyə imza atıb.