BAKI, 10 iyun. TELEQRAF
“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines karyerasını İtaliyada davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb.
Mənbənin iddiasına görə, “Yuventus” 33 yaşlı qolkiperlə 3 illik müqavilənin şərtlərini razılaşdırıb. Martines transferin reallaşması üçün maaşında endirimə getməyə də razılıq verib. O, Turində İngiltərə klubunda qazandığından daha az məvacib alacaq.
Qeyd edək ki, Emiliano Martines Argentina millisinin heyətində 2022-ci il dünya çempionu olub. O, başa çatan mövsümdə isə “Aston Villa” ilə UEFA Avropa Liqasının qalibi adını qazanıb.