BAKI, 9 iyun. TELEQRAF
“Zirə”də ayrılıq yaşanıb.
Teleqraf xəbər verir ki, paytaxt klubu Anatoli Nuriyevlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə başa çatan müqavilə yenilənməyib.
“Zirə” Nuriyevə komandaya göstərdiyi xidmətə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.