21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Teleqraf xəbər verir ki, yığmamız İsparta şəhərində Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“SAV” stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi İspartadakı ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.