BAKI, 9 iyun. TELEQRAF

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan yığmamız Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Hikmət Cəbrayılzadə vurub.

U-20 millimiz Qəbələdəki hazırlıq prosesini iyunun 10-da başa vuracaq.

Qeyd edək ki, bu, Azərbaycanın U-20 millisinin baş məşqçi Ruy Jorjenin rəhbərliyi altında ilk matçı olub.