BAKI, 9 iyun. TELEQRAF
İngiltərə təmsilçisi “Arsenal”ın baş məşqçisi Mikel Arteta İspaniyanın “Real Madrid” klubununvə Braziliya millisinin hücumçusu Vinisius Juniorun transferini klub rəhbərliyindən xahiş edib.
Teleqraf xəbər verir k, bu barədə The Touchline “X” sosial şəbəkəsində məlumat yayıb.
Transfermarkt portalının məlumatına əsasən, Vinisius dünyada ən bahalı futbolçular siyahısında 4-cü pillədə qərarlaşıb və onun bazar dəyəri 140 milyon avro təşkil edir. Hücumçunun “Real”la mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Daha əvvəl yayılan xəbərlərə görə, Madrid klubu Vinisiusla yeni müqavilə imzalamağa hazırdır.
Qeyd edək ki, Vinisius 2018-ci ildən “Real Madrid”də çıxış edir. Ötən mövsümdə o, bütün turnirlərdə 53 oyuna çıxaraq 22 qol vurub və 14 məhsuldar ötürmə verib.